Türkiyə 1-ci liqasını 70 xalla ilk pillədə bitirib 26 il sonra Superliqaya yüksələn "Adana Demirspor" transfer bombasına hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Belhanda transferindən sonra diqqətləri üzərinə çəkən klub, Mario Balotellini də heyətinə qatmağa yaxındır. Məşhur futbolçu və "Adana Demirspor"un razılığa gəldiyi bildirilir. Yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir.

30 yaşlı forvad Superliqa təmsilçisinə 3 milyon avroya başa gələcək.