"Qalatasaray" futbolçusu Arda Turan barədə qərar verib.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayacaq. "Cim-Bom" Ardaya 1+1 illik anlaşma təklif edib və futbolçu razılaşıb. Müqavilənin tezliklə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Arda Turan 2020-ci ilin yayından "Qalatasaray" formasını geyinir.