"Sabah"ın futbolçusu Ozan Can Kökçü Türkiyənin "Eyüpspor" klubu ilə anlaşıb.

Offsideplus.az "ajanspor"a istinadən xəbər verir ki,  I liqaya yüksələn klub Azərbaycan millisinin üzvünü birbaşa transfer edəcək. "Sabah"la razılıq əldə ediləndən sonra klub tərəfindən rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, 23 yaşlı vinger 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasında Niderlandın "Telstar" klubunda keçirib.