Yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, komanda “Fənərbağça”nın futbolçusu Harun Tekini transfer etməyə yaxındır. Adana təmsilçisinin 31 yaşlı qapıçı ilə razılıq əldə etdiyi bildirilib.
Qeyd edək ki, Tekin 2018-ci ilin yayından “Fənərbağça”da çıxış edir.