Türkiyə millisinin aparıcı futbolçularından olan Hakan Çalhanoğlu yığmasının AVRO 2020-dəki perspektivi haqda danışıb.

Offsideplus.az xəbər verir ki, "Milan"ın ulduz futbolçusu "NTV Spor"a açıqlamasında kifayət qədər iddialı açıqlamalarla yadda qalıb: "Hər bir ölkəyə hörmətimiz sonsuzdur. Amma sadəcə İtaliya yox, bütün ölkələrin yığmaları bizdən çəkinirlər. Türkiyə millisinin yaxşı bir komanda olduğunu bilirlər. Avropa Çempionatında növbəti mərhələyə adlamaq istəyirik. İlk hədəfimiz budur. Ümid edirəm ki, millətimizi və dövlətimizi ən yaxşı şəkildə təmsil edərik. DUalarınızı əsirgəməyin".

Qeyd edək ki, Türkiyə millisinin İtaliya yığması ilə matçı iyunun 11-i Romada keçiriləcək.