"Feyenoord"un ulduzu Orkun Kökçü ilə "Fənərbağça" yaxından maraqlanır.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, baş məşqçi Emre Belözoğlu 20 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyir. "Fənərbağça" İngiltərədən "Kristal Palas"ın hədəfində olan Ozan Tufanı satıb, əldə etdiyi məbləğlə Orkunu transfer etməyi planlaşdırır. Futbolçu ilə müzakirələrdə Belözoğlu özü şəxsən iştirak edəcək.
Qeyd edək ki, bu mövsüm 26 oyuna çıxıb 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan türkiyəli futbolçu ilə İtaliyanın "Milan", "Latsio", "Sampdoriya", İngiltərənin "Arsenal" və "Lids Yunayted" klubları da yaxından maraqlanır.
Xatırladaq ki, Orkun Kökçü Niderland Erediviziyasında mart ayının oyunçusu seçilmişdi. Orkun, Azərbaycanın U-21 millisində çıxış etmiş Ozan Can Kökçünün qardaşıdır. O, bir neçə il öncə böyük qardaşından fərqli olaraq, millimizdə oynamaqdan imtina etmişdi.