Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Fənərbağça" ulduz futbolçunu gətirməyi planlaşdırır.

 Offsideplus.az xəbər verir ki, "sarı-larcivərtlilər" İtaliya "İnter"indən Aleksis Sançezi rənglərinə bağlamaq niyyətindədir.

Bu barədə "A Spor" nəşrinin əməkdaşı, tanınmış idman yazarı Zeki Uzundurukan məlumat verib.

A Seriya təmsilçisi hazırda 7 milyon avro dəyəri olan 32 yaşlı forvardı "Fənərbağça"ya icarəyə verməyə hazırdır.

Təcrübəli çilili futbolçu üçün hazırda tərəflər arasında danışıqlar gedir.

Qeyd edək ki, Sançez ötən ildən "İnter"də çıxış edir.