"Qalatasaray"ın prezidenti Mustafa Cengiz "Göztepe" (3:1) qalibiyyətindən sonra Arda Turana zəng edib.
Offsideplus.az "Milliyet"ə istinadən xəbər verir ki, 71 yaşlı funksioner klubun telekanalına futbolçular barədə sərt açıqlamalar vermişdi. "Futbolçular şərəf və heysiyyətlərini xatırlasınlar", - deyən Cengizin dünənki qələbədən sonra 34 yaşlı futbolçu ilə əlaqə saxladığı ortaya çıxıb.
Klub prezidenti "Mən sizi motivasiya etmək üçün bu sözləri dedim", - deyə Arda ilə söhbətləşib.