Hakan Çalhanoğlu Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələ oyunlarında iştirak etmək üçün Türkiyəyə səfər edib.
Offsideplus.az xəbər verir ki, "Milan"ın ulduzunu Atatürk Hava Limanında "Aspor"un müxbiri qarşılayıb. Yığmanın Hollandiya və Norveçlə baş tutacaq oyunları ilə bağlı danışan yarımüdafiəçi həmkarımızın "qolunda aslan döyməsi var. Bir gün "Qalatasaray"lı olarsanmı" sualına bu cür cavab verib: "Olar, ya olmaz - bilmirəm. İnşallah, bəlkə də olaram. Niyə də olmasın!? Aslan sevdiyim heyvandır, ona görə həmin döyməni etdirdim. Bu yaxınlarda oğlum dünyaya gələcək. Ona görə balaca aslan döyməsi də etdirdim. Özüm də "Qalatasaray"lıyam".
Qeyd edək ki, "Milan"la müqaviləsi yayda başa çatacaq Hakan hələ ki, anlaşmasını yeniləməyib.