"Fənərbağça" - "Qalatasaray" matçı bitsə də, ardınca davam edən söz-söhbətlər qurtarmaq bilmir.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər" "Cim-bom"un futbolçusu Arda Turanın cəzalanmasını istəyir. Klub rəhbərliyinin məsələni Türkiyə Futbol Federasiyasına qədər aparacağını bildirilir.
Qeyd edək ki, sözügedən matç sonrası Arda Turan soyunub-geyinmə otağında "Fənərbağça"nın ünvanına söyüşlər işlətmişdi.