Henri Onyekuru və Halil Dervişoğlunu heyətinə qatan "Qalatasaray"ın transfer hədəfi danimarkalı hücumçudadır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-qırmızılar" "Feyenord"un futbolçusu Nikolaj Yörqensonu transfer etmək istəyir. Baş məşqçi Fatih Terimin də 30 yaşlı futbolçu üçün müsbət cavab verdiyi bildirilir.
Qeyd edək ki, Nikolay Yörqensonun satış qiyməti 2 milyon avro dəyərindədir. 1.90 boyu olan futbolçu bu mövsüm çıxdığı 15 oyunda 2 qol vurub.