"Qalatasaray"ın "Denizlispor" üzərində darmadağını ilə başa çatan oyun maraqlı görüntülərlə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, 69-cu dəqiqədə Ömer Bayram tərəfindən əvəzlənən Arda Turan oyunun qəhrəmanı olub. Belə ki, meydanı tərk edən futbolçunun baş məşqçi Fatih Terim ilə sarılmağı gündəm olub. Sosial şəbəklərdə ikilini "ata-oğul" deyə adlandırıblar. 

Qeyd edək ki, matçdan öncə Arda Turanın kapitanlıq sarğısını qolundan çıxararaq, zədədən yeni qayıtmış Fernando Musleranın qoluna taxıb. Bu hərəkəti davamlı alqışlarla qarşılanıb.

 

Fatih Terim-Arda Turan... Maça damga vuran kare