"Qalatasaray"ın 2021-ci il üzrə transfer hədəfi məlum olub.

Offsideplus.az Fanatik-ə istinadən xəbər verir ki, Radamel FalkaoMbaye Diaynedən narazı qalan Türkiyə təmsilçisi bu futbolçuları göndərməyi düşünür. "Cim-Bom"un bu iki futbolçunun yerinə gətirəcəyi futbolçu isə "Atletiko Madrid"dən Dieqo Kostadır. "Qalatasaray"ın braziliyalı hücumçu ilə danışıqlar aparıldığı və müsbət cavabların verildiyi bildirilir.

Luis Suarezin gəlişindən sonra Madrid klubunda rolu azalan Kosta da komandadan ayrılmaq istəyindədir.

Qeyd edək ki, Falkao bu mövsüm bitməyən zədələri, Diayne isə çox da məhsuldar olmayan performansı ilə "Qalatasaray"a lazımi yardımı edə bilməyib.