Futbol üzrə Türkiyə millisinin keçmiş baş məşqçisi Özkan Sümer vəfat edib.

Offsideplus.az xəbər verir ki, xərçəngdən əziyyət çəkdiyi deyilən 80 yaşlı Sümer müalicə aldığı xəstəxanada vəfat edib.
Sümer məşqçilik karyerası ərzində “Konyaspor”, “Qalatasaray”, “Dənizlispor”, “Trabzonspor” kimi komandaları çalışdırıb. Bir dövr “Trabzonspor”un prezidenti də olmuş Sümer, klubun əfsanələrindən hesab olunur.