Millimizin üzvü Araz Abdullayev Türkiyə klubu ilə razılığa gəlib.

Offsideplus.az  Ajansspor-a istinadən xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu "Boluspor"un heyətinə qatılıb. Türkiyə təmsilçisinin Araz Abdullayev ilə 1+1 illik müqavilə bağladığı bildirilir.

Qeyd edək ki, 28 yaşlı Araz 38 dəfə milli komandanın oyunlarında iştirak edib.