Superliqanı üçüncü pillədə tamamlayan Türkiyənin "Beşiktaş" klubu yeni sezonda çempionluq uğrunda yarışmağa hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, transfer çalışmalarına davam edən klubla bağlı yeni iddia irəli sürülüb.

İspaniya mətbuatı "Beşiktaş"ın "Atletiko Madrid"in braziliya əsilli ispan futbolçusu Dieqo Koşta üçün 10 milyon avroluq təklif göndərdiyini yazıb.

Xəbərdə Madrid klubunun futbolçu ilə yolları ayırmağa hazır olduğu da qeyd olunub.