Türkiyə millisinin və "Qalatasaray"ın sabiq oyunçusu Ümit Karan 44 yaşında yenidən futbola qayıdıb.

Offsideplus.az xəbər verir ki, veteran hücumçu həvəskarlar liqasında çıxış edən "Vefaspor"da oynayan məşqçi olacaq. 

Qeyd edək ki, 2001-2009-cu illərdə "Qalatasaray"ın formasını geyinmiş Ü.Karan məşqçilik karyerası ərzində "Malatyaspor" və "Şkupi" (Şimali Makedoniya) klublarında işləyib.