Burak Yılmazla yollarının ayrılacağı gözlənilən "Beşiktaş" təcrübəli hücumçuya əvəzləyici tapıb.

 Offsideplus.az xəbər verir ki, "qara qartallar" İngiltərənin "Uotford" klubunun futbolçusu Dani Uelbeki sıralarına qatmaq niyyətindədir.

Premyer Liqa təmsilçisinin elitanı tərk edəcəyi təqdirdə bu keçidin baş tutması gözlənilir. 29 yaşlı forvardın da "Beşiktaş"ın təklifinə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Uelbek ötən il "Arsenal"dan "Uotford"a transfer edilib.