“Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim komandanın rəhbərliyi qarşısında Arda Turanı kluba geri qaytarmaq tələbini irəli sürüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis ötən gün keçirilən iclasda 33 yaşlı yarımmüdafiəçinin transfer məsələsini gündəmə gətirib.
O, İstanbul təmsilçisinin prezidenti Mustafa Cengizdən A.Turan mövzusuna yenidən baxılmasını tələb edib.
Qeyd edək ki, A.Turan 2004-2011-ci illərdə “Qalatasaray”ın formasını geyinib.(oxu.az)