Türkiyənin "Beşiktaş" klubu "Sabah"ın futbolçusu Ozan Can Kökçü ilə maraqlanır.

Offsideplus.az "Akşam"a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "Kasımpaşa"nın da maraq dairəsindədir.

"Qara qartallar" "Sabah"la razılaşsa, transfer həll olunacaq. Türk əsilli futbolçunun "Sabah"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Ozan Can Kökçü: “İndiki ağlım olsaydı, fərqli davranardım” - MÜSAHİBƏ

Qeyd edək ki, Ozan Can Kökçü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.