28 may tarixində Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, iclasda Superliqanın taleyi ilə bağlı son qərar verilib.

Mövsümün  iyunun 12-də bərpa olunacağı bildirilib. Oyunların təqviminin gün ərzində açıqlanacağı qeyd edilib.

Bununla belə, kubokun yarımfinalının cavab oyunlarının tarixi isə açıqlanıb. İyunun 16-da “Fənərbağça” – “Trabzonspor”, iyunun 18-də isə “Alanyaspor” – “Antalyaspor” oyunu keçiriləcək.