Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi növbəti mövsümdə yeni köməkçi məşçqilərlə işləyəcək.
Offsideplus.az xəbər verir ki, Fatih Terimin illərdir birgə çalışdığı şəxsi köməkçisi Hande Sümertaş və klubdakı köməkçisi Həsən Şaş istefa verib. Digər köməkçisi Ümit Davala ilə də yollar yaxında ayrılacaq.
Artıq onları kimin əvəzləyəcəyi də bəllidir: Yohan Elmander və Albert Riera.
2011-ci ildə "Qalatasaray"da üçüncü Fatih Terim dönəmində heyətə qatılan futbolçular 2 dəfə çempionluq yaşamış, Türkiyə kuboku və Superkuboka sahib çıxmışdılar.
Terim ilə yaxın münasibətləri olan Riera və Elmanderin növbəti mövsümdə Floryada olacağı dəqiqdir. Adıçəkilən şəxslər köməkçi məşqçilikdən əlavə klubun tranfser siyasətində də rol alacaqlar. "Fanatik" onların indidən transfer siyahısı hazırlamağa başladığını iddia edib.