Polşa millisinin sabiq yarımmüdafiəçisi Yakub Koseçki maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, "Adana Dəmirspor"un futbolçusu öz ölkəsinin çempionatındakı klubların Azərbaycan daha az pul verdiklərini bildirib:
"Hər bir futbolçu gələcəyini düşünür. Klub prezidenti 40 min zlota (təxminən 16 min manat) komandanın avrokuboklara çıxmasına zəmanət verəcək keyfiyyətdə oyunçu tapa bilməz. Azərbaycandan gələn klub ona 100 min zlota (40 min manat) verəcək".
Qeyd edək ki, Yakub Koseçkinin "Adana Dəmirspor"la gələn ilin yayına kimi müqaviləsi var.