Türkiyə Super Liqasında XVI tur start götürüb.

Offsideplus.az xəbər verir ki, turun ilk günündə 1 matç keçirilib.

Günün yeganə qarşılaşmasında autsayderlər qrupunda yer alan komandalar üz-üzə gəlib. Antalyada baş tutan qarşılaşmada meydan sahibləri sonuncu sıradakı “Ankaragücü”nü sınağa çəkib.

“Antalyaspor” iki dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Ankaralılar bir xal qazanmaqla son pilləni tərk ediblər

Qeyd edək ki, tura dekabrın 23-də yekun vurulacaq.