2 ay öncə “Qalatasaray”dan qovulan İqor Tudor yenidən Türkiyəyə qayıda bilər.

Offsideplus.az xəbər verir ki, "Bursaspor" baş məşqçisi Paul Le Quenlə yollarını ayırmağa hazırlaşır.

Artıq son turda "Qalatasaray"a 0:5 hesabı ilə yenilən fransız mütəxəssisin yerinə gələ biləcək məşqçilərin kimliyi də bəllidi.

Bunlardan biri İqor Tudordu. Onunla yanaşı, Safet Suşiç, Hikmet Karaman, Mustafa Reşit Akçay və hazırda "Bursaspor"da köməkçi məşqçi işləyən Mustafa Erin adı siyahıya salınıb.