Türkiyə Super Liqasında 5-ci tur start götürür.

Offsideplus.az xəbər verir ki, turun açılış oyununda "Beşiktaş" "Ərzurumspor"u qəbul edəcək.

Şənbə günü "Trabzonspor" səfərdə "Konya" ilə qarşılaşacaq.

Bazar günü "Başakşehir" klubu "Amed"in qonağı olacaq, "Qalatasaray" isə öz meydanında "Kocaelispor"u sınağa çəkəcək. T

urun son oyunu bazar ertəsi keçiriləcək və "Qaziantep" doğma azarkeşləri önündə "Fənərbağça" ilə üz-üzə gələcək.