Almaniya nəhəngi “Bavariya” yay transfer pəncərəsi üçün hücum xəttini gücləndirmək məqsədilə yeni variantları nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, “Qalatasaray”ın nigeriyalı futbolçusu Viktor Osimhen də klubun diqqət mərkəzindədir.
26 yaşlı futbolçu Münhen təmsilçisinin transfer siyahısında ciddi namizədlərdən biri hesab olunur.
Qeyd edək ki, Osimhenin "sarı-qırmızılar"la müqaviləsi 2029-cu ilin yayına qədərdir.


