"Samsunspor" klubunda baş məşqçi dəyişikliyi baş verib.

Offsideplus.az xəbər verir ki, onlar Tomas Raysla yollarını ayırıb.

Almaniyalı mütəxəssisin əvəzinə həmyerlisi Torsten Fink gəlib.

Fink son olaraq Belçikanın "Genk" klubunu çalışdırıb.

Qeyd edək ki, "Samsunspor" hazırda 30 xalla Türkiyə Super Liqasında 7-ci yerdədir.

Onlar növbəti həftə Konfrans Liqasının keçid pley-off mərhələsində "Şkendiya" (Makedoniya) ilə qarşılaşacaqlar.