Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu Barış Alper Yılmazla bağlı marağını artırıb.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında pərdəarxası danışıqlar davam edir.

Müzakirələrdə NQolo Kantenin də daxil olduğu mümkün ssenari gündəmdədir. Lakin “Qalatasaray” bu mərhələdə yalnız oyunçu mübadiləsi əsasında təklifi qəbul etməyə hazır deyil.

İstanbul təmsilçisi Barış Alper Yılmazı yüksək dəyərləndirir və yalnız əlavə maliyyə vəsaiti daxil ediləcəyi halda belə bir keçidi nəzərdən keçirə bilər.

Hazırda transfer dosyesi gözləmə rejimindədir.

“Qalatasaray” mövqeyindən geri çəkilmir.