"Fənərbağça"dan ayrılan Cenk Tosunun yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, təcrübəli hücumçu karyerasını "Kasımpaşa"da davam etdirəcək.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
C. Tosun 2024-cü ilin yayında "Fənərbağça"ya qoşulmuşdu. O, burada 29 oyuna çıxıb və 2 qol vurub.


