Fransanın PSJ klubu qadın komandasının futbolçusu Formiqa ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 42 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2021-ci ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, Formiqa 2017-ci ildən Paris təmsilçisində çıxış edir.