İspaniya Futbol Federasiyası (RFEF) La Liqada cümə və bazar ertəsi günləri oyun keçirilməsinə icazə verib.
Offsideplus.az federasiyanın saytına istinadən xəbər verir ki, bu addım koronavirus səbəbindən yarımçıq dayandırılmış çempionatı başa çatdırmaq məqsədilə atılıb.
Açıqlamada La Liqanın bərpa olunduğu vaxtdan cari mövsümün sonunadək qarşılaşmalar sözügedən günlərdə təşkil oluna biləcəyi bildirilib.
Qeyd edək ki, İspaniya La Liqası iyunun 11-də davam edəcək.