Futbol üzrə Danimarka Super Liqasının bərpa tarixi açıqlanıb.
Offsideplus.az xəbər verir ki, çempionat mayın 28-də XXI turdan təxirə salınmış "Orxus" - "Ranners" oyunu ilə start götürəcək.
XXV turun qarşılaşmaları 29 may - 2 iyun tarixlərində keçiriləcək. Superliqa iyulun 26-da yekunlaşacaq.
Qeyd edək ki, Danimarka Super Liqasına 24 turdan sonra 62 xalla "Midtyulland" başçılıq edir.