"Yuventus”un hücumçusu Kriştiano Ronaldo Turinə gedib.
Offsideplus.az “Football Italia”ya istinadən xəbər verir ki, 35 yaşlı portuqal futbolçunun şəxsi “Gulfstream G200 Galaxy” təyyarəsi bu axşam Turində yerə enib. Ronaldo iki həftə karantində qaldıqdan sonra komanda ilə məşqlərə başlaya biləcək.
Qeyd edək ki, daha əvvəl İspaniya hökumətinin koronavirus pandemiyası səbəbindən tətbiq etdiyi karantinə görə uçuşlara məhdudiyyət qoyulması səbəbindən futbolçunun şəxsi təyyarəsi Madriddə olduğu və onun Madeyranı tərk edə bilmədiyi bildirilirdi.