Rusiya Premyer Liqasında bu gün mövsümə yekun olacaq.

Offsideplus.az xəbər verir ki, "Krasnodar" evində Moskva "Dinamo"sunu qəbul edəcək. Murad Musayevin yetirmələri bu matçda qələbə qazanarsa, Rusiya çempionu olacaqlar.

Bu, klubun tarixində ilk çempionluq olacaq.

"Krasnodar"ın 1 xal gerisində olan "Zenit" isə "Axmat" ilə qarşılaşacaq.

Son turun bütün matçları eyni vaxtda - Bakı vaxtı ilə 17:30-da start götürəcək.

Əlavə edək ki, M. Musayev 2021-24-cü illər arasında "Sabah"ı çalışdırıb.