Rusiyanın "Zenit" klubunun yeni transferi Luis Enrike itini məşhur futbolçu Lionel Messinin şərəfinə "Messi" adlandırıb.

Offsideplus.az xəbər verir ki, bu haqda 24 yaşlı braziliyalı hücumçu jurnalistlərlə söhbətində deyib.

O, argentinalı dünya çempionunun fanatı olduğunu gizlətməyib: "Messi mənim üçün dünya futbol tarixinin ən yaxşı oyunçusudur. Nə vaxtsa belə parlaq oyun göstərə bilən futbolçunun olduğunu dşünmürəm. Mən hətta itimi də "Messi" adlandırmışam. Mənim sevimli ev heyvanım Messi kimi sarışındır, o, bu cəhətinə görə mənə futbolçunu xatırladır".

Qeyd edək ki, L.Enrike "Zenit"ə ötən ay Braziliyanın "Botafoqo" klubundan keçib.