Yığmamızın üzvü Ramil Şeydayev şərəfini qoruduğu Krılya Sovetov klubunda yenə ehtiyatda qalıb. 

Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçu komandasının Rusiya Premyer Liqasının 10-cu turunun Moskva Dinamo-su ilə ev matçını da kənardan izləyib. Futbolçumuzun adı görüşün iştirak ərizəsinə salınsa da, o, sona qədər ehtiyatda qalmalı olub.

Qarşılaşma Krılya Sovetov-un 1:0 hesablı qələbəsi ilə başa çatıb.