Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Komanda doğma meydanda “Ural”la üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Azər Əliyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. 

Qeyd edək ki, “Ufa” 10 turdan sonra 8 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.