Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib. 

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” “Krılya Sovetov”la oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Azər start heyətində meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Ufa” 6 turdan sonra 5 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.