Rusiyanın “Spartak” klubunun qolkiperi Artyom Rebrov Bakıya gəlib.

Offisdeplus.az xəbər verir ki, 34 yaşlı əlcək sahibi Bakıda Moskva klubunun azarkeşləri ilə görüşüb. O, bu barədə fikirlərini bölüşüb:

"Rusiyanın hər yerində "Spartak" klubunun fan-klubuna rast gəlmək mümkündür. Mən və həyat yoldaşım Katyanı Bakıda “Aelphia Baku”nun azarkeşləri görüş üçün dəvət etdilər. Onlar mövsüm ərzində fəal şəkildə bizə dəstək olublar və sosial şəbəkələrdə fəaldırlar. Maraqlı görüş oldu. Təşəkkür edirəm ki, "Spartak"a ürəklə fanatlıq edirsiz. İnkişaf edərək gəclərə də "Spartak" barədə məlumat verirsiz. Ümid edirəm ki, Bakıdan başqa, dünyanın bir çox şəhərlərində də "Spartak"ın fan-klubları olacaq".

Qeyd edək ki, Rebrov 2011-ci ildən paytaxt klubunda çıxış edir.