Rusiya Premyer Liqasında 23-cü turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Azər Əliyevin şərəfini qoruduğu “Tambov” da növbəti matçına çıxıb. 

Komanda səfərdə “Soçi” ilə qarşılaşıb. “Tambov” bu oyundan məğlubiyyətlə ayrılıb - 0:5. 

Azər Əliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.