Yığmamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” bu gün Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Samara təmsilçisi 26-cı turda səfərdə “Zenit”in qonağı olub. Qarşılaşma Sankt-Peterburq təmilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətdə başlayan Ramil 40-cı dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb. Məhz onun pasından sonra komanda yoldaşı Serqey Tkaçuk rəqib qapısına yol tapıb. Şeydayev 78-ci dəqiqədə isə kobud oyuna görə ikinci sarı vərəqə alaraq, meydandan qovulub.