AFFA Region Liqasında yarımfinal mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, Qazaxın "Göyəzən" komandası "Şirvan"ın eyniadlı kollektivini qəbul edib.

Qazax şəhər stadionunda keçirilən matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə nəticələnib.

Bu gün digər yarımfinal cütündə birinci oyun baş tutacaq. "Xankəndi" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Ağstafa Gəncləri"ni sınağa çəkəcək.