16-18 dekabr tarixlərində Latviyanın Riqa şəhərində  “Latvia Trophy 2022” yarışı keçirilib.

Offsideplus.az xəbər verir ki, yarışda iştirak edən yeniyetmə fiqurlu konkisürənimiz Səbinə Əliyeva öz çıxışını edib. Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İdmançımız ümumi nəticəyə əsasən 24 iştirakçı arasında 114.83 xal toplayaraq 10-cu pillədə qərarlaşıb.