Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva "Zenit" klubunun heyətində Rusiya Superkubokunun qalibi olub. 

Offsideplus.az xəbər verir ki, həlledici matçda "Lokomotiv" ilə qarşılaşan "Zenit" rəqibini 3:0 hesabı ilə məğlub edib. Nigar bu oyuna start heyətdə çıxıb.

Qeyd edək ki, "Zenit" Rusiyada son ölkə çempionudur.