"Mançester Siti"nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının cari mövsümündə vurduğu qolların sayını 20-yə çatdırıb.

Offsideplus.az xəbər verir ki, sözügedən qol İngiltərə Premyer Liqasının 21-ci turunda baş tutab "Mançester Siti" - "Brayton" matçında(1:1) qeydə alınıb.

Hücumçu oyunun 41-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib.

O, bu göstəricidə "Bavariya"nın hücumçusu Harri Keyni (19 qol)  qabaqlayaraq mövsümdə 20 qol həddinə çatan ilk futbolçu olub.

Qeyd edək ki, Haaland 2022-ci ilin yayından bəri "Mançester Siti"də çıxış edir.