"Çelsi" klubunun yeni baş məşqçisi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, London təmsilçisini bundan sonra Liem Rosenyor çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rosenyor bu postda Entso Mareskanı əvəz edib.

41 yaşlı mütəxəssis son olaraq Fransanın "Strasburq" klubunu çalışdırırdı. O, Fransa təmsilçisindən başqa baş məşqçi kimi "Hall Siti"də işləyib.