"Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiol "Çelsi" ilə oyunda zədələnmişdi.

Offsideplus.az xəbər verir ki, onun zədəsi ciddidir. Xorvatiyalı futbolçunun 4-5 ay meydanlardan uzaq qalacağı gözlənilir.

Bu barədə "Sky Sports" məlumat yayıb.

Qvardiol "şəhərlilər"in müdafiəsinin əsas simalarından biridir. O, cari mövsüm 23 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Mançester Siti" - "Çelsi" oyunu 1:1 hesabı ilə başa çatıb.