İngiltərə Premyer Liqasının XX turunun oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, tur çərçivəsində "Mançester Siti" öz meydanında “Çelsi”ni qəbul edib.
Matç 1-1 hesablı bərabərliklə başa çatıb.
Oyunda ilk qolun müəllifi meydan sahiblərinin heyətindən Tijani Reynders olub. O, 42-ci dəqiqədə fərqlənə bilib. Qonaqların heyətində isə Enzo Fernandes hesabı bərabərləşdirib (90+4).
"Mançester Siti" 42 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb. "Çelsi" isə 31 xalla beşincidir. 48 xalı olan “Arsenal” turnir cədvəlinin lideridir.



