"Liverpul" əfsanəvi futbolçu üçün danışıqlar aparacaq.
Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının nəhənglərindən olan “Liverpul” MLS-in yanvar fasiləsi dövründə Lionel Messinin qısamüddətli icarəsi ilə bağlı vəziyyəti izləyən klublar arasında yer alır.
Məlumata görə, argentinalı superulduzun MLS-də mövsüm fasiləsi zamanı Avropaya müvəqqəti dönüş ehtimalı qiymətləndirilir və bu istiqamətdə bir neçə klub proseslə maraqlanır.
Hazırda Messi MLS-də “İnter Mayami” klubunun formasını geyinir və ABŞ liqasında yeni mövsüm fevral ayında start götürür.



